"4-5 qol vura bilərdik" - Xames Rodrigez
"Bizim üçün uğursuz oyun alındı. Amma əlimizdən gələn bir şey yoxdur. Cavab matçını gözləməliyik". SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri "Bavariya"nın futbolçusu Xames Rodrigez deyib.
"Real"la keçirilən oyun haqda fikirlərini bölüşən yarımmüdafiəçi, "Onlar iki qol vurdular. Halbuki, bizim daha çox imkanımız oldu. Ən azı, 4-5 qol vura bilərdik. Ancaq alınmadı. İlk hissədə iki oyunçumuzu itirdik. Bu da oyun sisteminə təsir etdi. Burada məğlub olduq. Madriddə bunun əvəzini çıxmalıyıq", - deyə bildirib.