4 oyuna cəmi 2100 azarkeş

Azərbaycan Premyer Liqasında VI turun oyunlarını izləmiş azarkeş sayı məlum olub.

Sportline.az xəbər verir ki, ən yüksək göstərici Tofiq Bəhramov adına Respublika Stadionunda qeydə alınıb. “Qarabağ”ın “Sumqayıt”ı 2 cavabsız qolla məğlub etdiyi turun açılış oyununu 700 nəfər tribunadan izləyib. Ən aşağı göstərici isə “Sabah” – “Səbail” (3:0) görüşündə qeydə alınıb. “Bank Respublika Arena”da cəmi 300 azarkeş olub.

Qəbələdə keçirilmiş “Qəbələ” – “Neftçi” (0:3) matçını 600, “ASCO Arena”da baş tutan “Keşlə” – “Zirə” (2:0) görüşünü isə 500 nəfər stadiondan izləyib.

Ümumilikdə turun 4 oyununda 2100 azarkeş olub. Bu da orta hesabla hər matçı 525 nəfərin izləməsi deməkdi.