4 qol, 3 qırmızı vərəqə

Türkiyə Kubokunun yarımfinal mərhələsində daha bir oyun keçirilib.

SportLine.az xəbər verir ki, əzəli rəqiblər - "Beşiktaş" və "Fənərbağça" münasibətləri birincilərin meydanında aydınlaşdırıb. 

Gərgin mübarizə ilə yadda qalan qarşılaşmada qalib müəyyənləşməyib. Matçda 3 qırmızı vərəqə göstərilib.

01 mart 2018
Türkiyə Kuboku
Yarımfinal (İlk oyun)

"Beşiktaş" - "Fənərbağça" - 2:2
QOLLAR:
Neqredo, 14 (1:0); Soldado, 17 (1:1); Şener Özbayraklı, 45+2 (1:2); Hasan Ali Kaldırım, 82/a.q. (2:2)
QIRMIZI VƏRƏQƏLƏR: Alper Potuk, 44 ("Fənərbağça"), Rikardo Kuareşma, 52 ("Beşiktaş"), Volkan Demirel, 77 ("Fənərbağça")