42-ci duel
Topaz Premyer Liqasında növbəti tur "Keşlə" - "Qəbələ" matçı ilə yadda qalacaq. SportLine.az xəbər verir ki, 12-ci tur çərçivəsində keçiriləcək oyun komandalar arasında 42-ci duel olacaq.
Bunadək təşkil olunan 41 matçda isə "Keşlə"nin üstünlüyü nəzərə çarpır. Payaxt təmsilçisi 14 dəfə rəqibini məğlub edib. 11 dəfə isə "qırmızı-qaralar" meydanı qələbəyə seviniblər. 16 görüşdə qalib müəyyənləşməyib.
Top fərqi də "Keşlə"nin xeyrinədir: 52-41.
Bu komandaların qarşıdurmasında ən böyük hesablı nəticə 4:0-dır. 28 may 2008-ci ildə və 10 avqust 2014 tarixində təşkil olunan matçlarda "Keşlə" (o vaxtkı adı ilə "İnter") rəqibinə futbol dərsi keçib.
Ən bol qollu görüş isə 24 aprel 2017-ci ildə yaşanıb. Həmin vaxt "Qəbələ" 7 qolun vurulduğu oyunda 4:3 hesablı qələbə qazanıb.
Qarşılaşmadan əvvəl "Qəbələ" 12 xalla 5-ci, "Keşlə" 9 xalla 7-cidir.