"5-2 fantastik hesabdır" - Yürgen Klopp

"Oyunun 80 dəqiqəsində mükəmməl oynadıq və 5 qol vurduq. Ardınca müdafiədə kiçik səhvlərimiz oldu və hesab dəyişdi". SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri "Liverpul" klubunun baş məşqçisi Yürgen Klopp "Roma" ilə görüşdən sonra deyib.

Oyun haqda fikirlərini bölüşən mütəxəssis, "Oyun 5:0 və ya 5:1 bitsəydi, daha çox xoşbəxt olardıq. Amma 5:2 də fantastik hesabdır. Hətta oyundan öncə belə hesabın qeydə alınacağı ağlıma gəlmirdi. İndi bu üstünlüyü qorumaq və finala vəsiqəni təmin etmək barədə düşünürük", - deyə bildirib.