5 qollu Bəhreyn - Azərbaycan matçı

Azərbaycan milli komandası yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Bəhreyn seçməsi ilə qarşılaşıb. Bəhreyn milli stadionunda keçirilən görüşdə Azərbaycan komandası 3:2 hesablı qələbə qazanıb.

Yoxlama oyunu
9 oktyabr

Bəhreyn – Azərbaycan - 2:3
Qollar: 
Əbdülvahab Əl Maloud, 31 (1:0), Rüfət Dadaşov, 41 (1:1), Təmkin Xəlilzadə, 62 (1:2), Jassim Əl Şeyx, 68 (2:2), Ramil Şeydayev, 70 (2:3).