5 qollu görüşdə "Sabah" sevindi

Türkiyədə təlim-məşq toplanışında olan "Sabah" bu gün növbəti yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi Qətər Premyer Liqası klubu "Əl-Şahaniyə" ilə qarşılaşıb. "Sapanca" stadionunda keçirilən matç "Sabah"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Sabah" - "Əl-Şahaniyə" (Qətər) 3:2
Qollar:
  Cavid İmamverdiyev, 22, Məqsəd İsayev, 11, 54,

Qeyd edək ki, "Sabah" bundan əvvəl yoxlama oyunlarında "Konkordiya"ya (Rumıniya) 1:2 uduzub, "Kəmərspor"a (Türkiyə) 2:1 qalib gəlib.