50-ci ev məğlubiyyəti

“Keşlə” Azərbaycan çempionatlarında 50-ci ev məğlubiyyətini alıb. SportLine.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Topaz Premyer Liqasının XIX turuna təsadüf edib. “ASK Arena”da “Qarabağ”ı qəbul edən paytaxt təmsilçisi 0:1 hesabı ilə uduzub.

1999-cu ildən güclülər dəstəsində çıxış edən, bu müddətdə “Xəzər Universiteti” və “İnter” adları ilə də mübarizə aparan Bakı klubu ümumilikdə 269-cu dəfə öz meydanında qüvvəsini sınayıb. Bu görüşlərdə 50 məğlubiyyət alan “Keşlə”nin hesabında 153 qələbə və 66 heç-heçə də var.

Qeyd edək ki, “Keşlə” çempionatın tarixində öz meydanında 50 və daha çox məğlubiyyət alan 10-cu komandadır. Evdə ən çox uduzan isə “Turan”dır – 78 məğlubiyyət.

Keşlə (Bakı)

269

153

66

50

394

-

188

+206