56 oyuna 144 qol

Topaz Premyer Liqasında mövsüm yarılanıb. Bu dəfə qış fasiləsinə “Neftçi” lider kimi yollanıb. Son çempion – “Qarabağ” mövsümün əvvəllərində uğursuzluqlarla üzləşsə də, fasiləyə yaxın özünə gəlib və qələbələri sıralayıb. Hazırda 2-ci pillədə qərarlaşan Ağdam təmsilçisi “Neftçi”dən cəmi 3 xal geri qalır.

SportLine.az mövsümün ilk yarısı ilə bağlı bəzi statistik məlumatları diqqətinizə çatdırır:

Cari mövsümdə, ümumilikdə, 56 oyun keçirilib. Bu oyunlarda 144 qol vurulub. Orta hesabla məhsuldarlıq: 2,6 qol.

Ən çox qələbə qazanan komanda: “Neftçi” (10 qələbə)

Ən çox heç-heçə edən komanda: “Qəbələ” (5 heç-heçə)

Ən çox məğlub olan komandalar: “Keşlə” və “Zirə” (8 məğlubiyyət)

Ən çox qol vuran komanda: “Qarabağ” (32 qol)

Ən çox qol buraxan komanda: “Zirə” (25)

Ən böyük hesablı qələbə: “Zirə” 0:6 “Qarabağ” (XIV tur)

Ən çox qol vuran futbolçular: Baqali Dabo (“Qəbələ”), Mahir Mədətov (“Qarabağ”) – 7 qol

Çempionatın ilk yarısı iki texniki məğlubiyyətlə də yadda qalıb. IV turda "Zirə"yə, VIII turda isə "Qarabağ"a 0-3 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, Topaz Premyer Liqasında III dövrə gələn ilin fevral ayında start götürəcək.

XV turun proqramı belədir:

"Keşlə" - "Səbail"
"Zirə" - "Sabah"
"Qəbələ" - "Sumqayıt"
"Qarabağ" - "Neftçi"