6-cı turun oyunlarının başlama vaxtı məlum oldu

Azərbaycan 1-ci divizionda 6-cı turun oyunlarının başlama saatı açıqlanıb.

Sportline.az PFL-in saytına istinadən xəbər verir ki, turun bütün görüşləri saat 15:30-da başlayacaq. Bu tur “Sumqayıt-2” komandası istirahət edəcək.

1 oktyabr (çərşənbə axşamı)

15:30. “Qarabağ-2” – “Neftçi-2”
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)

3 oktyabr (cümə axşamı)

15:30. “Keşlə-2” – “Turan Tovuz”
“AZAL Arena”

15:30. “Ağsu” – MOİK
Ağsu şəhər stadionu

15:30. “Sabah-2” – “Kəpəz”
Binə qəsəbə stadionu

4 oktyabr (cümə)

15:30. “Zaqatala” – “Qaradağ Lökbatan”
Zaqatala şəhər stadionu

15:30. “Zirə-2” – “Səbail-2”
“AZAL Arena”

Qeyd edək ki, “Qarabağ-2” – “Neftçi-2” matçı U-19 milli komandasının rəsmi oyunlarına görə müraciəti və hər iki komandanın razılığı ilə daha tez tarixə keçirilib. Tovuz şəhər stadionu təmirə bağlandığı üçün 1-ci dövrənin oyunu “Keşlə-2” – “Turan Tovuz”, 2-ci dövrənin görüşü “Turan Tovuz” – “Keşlə-2” matçı kimi nəzərə alınacaq.