73 yaşlı qapıçı "Ginnesin rekordlar kitabı"na düşüb

İraq əsilli israilli qapıçı İsaak Hayik "Ginnesin rekordlar kitabı"na düşüb.

Sportline.az xəbər verir ki, "İroni Or-Yehuda" klubunun 73 yaşlı qolkiperi peşəkar futbolla məşğul olan ən yaşlı futbolçu kimi tarixə düşüb. 

Qeyd edək ki, buna qədər olan ən yüksək göstərici 53 yaşında peşəkar görüşə çıxan uruqvaylı futbolçu Robert Karmonaya aid idi.