9-cu turun rəmzi "11-liy"i müəyyənləşdi

Topaz Premyer Liqasında IX turun rəmzi komandası müəyyənləşib.

SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, rəmzi heyətdə "Zirə”nin 4, "Neftçi”nin 3, "Sabah”ın 2, "Keşlə” və "Sumqayıt”ın 1 futbolçusu yer alıb. Səlahət Ağayev 5, Şəhriyar Əliyevlə Mirabdulla Abbasov 4, Dario Federiko 3, Denis Silva, İlkin Qırtımov və Sadio Tounkara isə 2-ci dəfə "11-liy”ə düşüb. 

Digərləri isə bir dəfə həftənin komandasına seçiliblər.

Qapıçı: Səlahət Ağayev ("Neftçi”) 

Müdafiəçilər: Tellur Mütəllimov ("Zirə”), Şəhriyar Əliyev ("Sumqayıt”); Denis Silva Kruz ("Keşlə”), İlkin Qırtımov ("Zirə”)

Yarımmüdafiəçilər: Sadio Tounkara ("Zirə”) -2; Dario Federiko ("Neftçi”) -3; Erik Ramos ("Sabah”); Bilal Həmdi ("Zirə”)

Hücumçular: Mirabdulla Abbasov ("Neftçi”) -4; Cavid İmamverdiyev ("Sabah”).

Qeyd edək ki, rəmzi komanda "InStat” şirkətinin təhlilinə əsasən müəyyənləşdirilir.