9 futbolçu Türkiyə millisindən kənarlaşdırıldı
Avro-2020-yə vəsiqəni vaxtından əvvəl təmin edən Türkiyə millisinin heyətində dəyişiklik edilib.
Sportline.az xəbər verir ki, baş məşqçi Şenol Günəş seçmə mərhələnin sonuncu turunun Andorra ilə görüşündə 9 futbolçunun xidmətinə ehtiyac duymayıb.
Bunlar Əmrə Bəlözoğlu, Burak Yılmaz, Cengiz Ündər, Cenk Tosun, Çağlar Söyüncü, Efecan Karaca, İrfan Can Kahveci, Mahmut Tekdemir və Mərt Günokdur. Əvəzində yığmaya Əhməd Qutucu, Berkay Özcan, Güvən Yalçın və Mert Müldür dəvət olunub.
Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Andorra – Türkiyə matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.