A Seriyası meymun məsələsinə görə üzr istədi

İtaliya A seriyasının rəhbərliyi irqçiliyə qarşı mübarizədə meymun rəsmindən istifadə etdiklərinə görə üzr istəyib.

Sportline.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

“Mən başa düşdüm ki, belə yanaşma doğru olmayıb” – deyə liqanın icraçı direktoru Luici De Siervo bildirib. İdeyanın müəllifi olan rəssam Simona Fuqatssotto isə öz əsərini müdafiə edərək deyib ki, “biz insanlar hamımız meymundan yaranmışıq”.

İqrçilik əleyhinə mübarizədə meymun şəklindən istifadəyə “Milan” və “Roma” klubları və bir sıra qeyri-hökumət təşkilatları etiraz ediblər. Onlar meymun şəklindən istifadəni yolverilməz sayıblar.