Abdullah Zubir turun ən yaxşısı seçilib

“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasında XXII turunun ən yaxşı futbolçusu məlum olub.

Sportline.az xəbər verir ki, bu, “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirdir. "Sumqayıt”a qarşı görüşdə 90 dəqiqə meydanda olan futbolçu 2 qolla yadda qalıb. Araşdırmalara əsasən Abdullah Zubir turun ən yaxşı indeksə malik futbolçusudur.