Abdullayev 1 dəqiqə oynadı, komandası 3 xal qazandı
Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib AEL kollektivi olub.
Qarşılaşma "Anortosis"in qələbəsi ilə yekunlaşıb - 2:0.
A.Abdullayev görüşün 89-cu dəqiqəsində meydana daxil olub.
60 xalla üçüncü pillədə qərarlaşan "Anortosis" şərikli liderlər - “Apollon” və APOEL-dən 7 xal geri qalır.