Abdullayev üçün 42 dəqiqə

Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" Kipr çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Apollon" kollektivi olub.

Qarşılaşma "Anortosis"in məğlubiyyəti ilə yekunlaşıb - 1:2.

A.Abdullayev 48-ci dəqiqədə Ruben Rayonun əvəzinə meydana çıxıb.

Qeyd edək ki, hesabında 57 xalı olan "Anortosis" 3-cü pillədə qərarlaşıb.