Abramoviç Luis Enrikeni "Çelsi"yə gətirir

"Çelsi" klubunun prezidenti Roman Abramoviç hazırkı baş məşqçi Antonio Kontenin işindən razı deyil. SportLine.az xəbər verir ki, son turlar əldə olunan uğursuz nəticələrin ardından klub rəhbəri mövsümün sonunda komandaya yeni çalışdırıcının gətirilməsinin tərəfdarıdır. 

Sport.es saytının məlumatına görə, artıq R.Abramoviç idarə heyətini bu barədə məlumatlandırıb. O, "Barselona"nın sabiq baş məşqçisi Luis Enrikenin komandaya gətirilməsinin tərəfdarıdır. 

İdarə heyəti bu təklifi qəbul etsə, mövsümün sonunda A.Konte L.Enrike ilə əvəzlənə bilər.

Qeyd edək ki, A.Konte 2016-cı ildən "zadəganlar"ın uğurları üçün çalışır.