ABŞ millisi geri çəkildi

ABŞ millisinin Qətərdə keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışı ləğv edilib.

Sportline.az federasiyanın saytına istinadən ki, regionda vəziyyətin gərginləşməsinə görə yanvarın 5-dən 25-nə qədər nəzərdə tutulan toplanış baş tutmayacaq.

Yanvarın 3-də ABŞ-ın aviazərbəsi nəticəsində iranlı general Qasım Süleymani vəfat edib. Bundan sonra İran ABŞ-dan qisas alacağını açıqlayıb.