“Abşeron Lions” “Ordu”ya qalib gəlib

Azərbaycan Basketbol Liqasında çıxış edəcək "Abşeron Lions" və "Ordu" komandaları yoxlama oyununda üz-üzə gəliblər.

Sportline.az xəbər verir ki, qarşılaşma "Abşeron Lions"un qələbəsi ilə bitib. 

Komanda rəqibini 85:75 hesabı ilə üstələyib.

Qeyd edək ki, "Abşeron Lions" növbəti yoxlama matçıı sentyabrın 16-da NTD-yə qarşı keçirəcək.