"Abşeron Lions" "Sabah"la qarşılaşacaq

Azərbaycan Basketbol Liqasının XV turunda bu gün daha iki oyun keçiriləcək.

Sportline.az xəbər verir ki, Bakı İdman Sarayında "Abşeron Lions" "Sabah"la qarşılaşacaq.

Qarşılaşma saat 18:00-da başlayacaq.

Günün ikinci matçında isə "Sumqayıt" doğma meydanda "Sərhədçi"ni qəbul edəcək. Qarşılaşmanın start fiti saat 14:00-da səslənəcək.

A qrupunda "Sabah" və "Abşeron Lions" müvafiq olaraq 27 xalla birinci və ikinci pillələri bölüşürlər. B qrupunda isə "Sumqayıt" 19 xalla dördüncü, "Sərhədçi" isə 18 xalla sonuncu - altıncıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Lənkəran" - "Ordu"nu (103:63), "Naxçıvan" isə "Quba"nı (82:70) məğlub edib.

Azərbaycan Basketbol Liqasında XV tura fevralın 1-də yekun vurulacaq.