"Abşeron Lions" yeni transferini açıqladı

"Abşeron Lions" heyətini gənc basketbolçu ilə gücləndirib. 

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

"Abşeron Lions" 16 yaşlı Tamerlan Novruzlu ilə anlaşıb. Bu, U-16 millisinin də üzvü olan basketbolçunun peşəkar keryerasında ilk klubudur.