AÇ-2020: Rəqibimizin heyəti açıqlandı

Futbol millimizin 2020-ci il Avropa çempionatının seçmə mərəhələsində rəqiblərindən Macarıstan komandası heyətini açıqlayıb.

Sportline.az xəbər verir ki, Macarıstan Futbol Federasiyasının rəsmi saytında baş məşqçi Marko Rossinin Azərbaycan və Uels milliləri ilə görüşlərə 32 futbolçuya dəvət göndərdiyi qeyd olunub.

Qapıçılar: Dibuş Deneş (“Ferentsvaroş”), Peter Qulaşi (“Leyptsiq”, Almaniya), Adam Kovaşik (“Videoton”), David Qrof (“Honved”);

Müdafiəçilər: Barat Botond (“Sportinq Kanzas”, ABŞ), Bese Benabaş (“Havr”, Fransa), Yanoş Ferentsi, Bense Paftoviç (hər ikisi “Debretsen”), Attila Fiola, Paulo Vinisius (hər ikisi “Videoton”), Tamaş Kadar (“Dinamo”, Kiyev, Ukrayna), Mixay Korxut (“Aris”, Yunanıstan), Gerqo Lovrençiç (“Ferentsvaroş”), Orban Villi (“Leypsiq”, Almaniya);

Yarımmüdafiəçilər: Daniel Qazdaq (“Honved”), David Holman (“Slovan”, Slovakiya), Jolt Kalmar (“DAK 1904”, Avstriya), Laslo Klyanheyzer (“Osiek”, Xorvatiya), İştvan Kovaç, Mate Patkay (hər ikisi “Videoton”), Adam Nad (“Bolonya”, İtaliya), Dominik Şoboşlay (“Zalsburq”, Avstriya);

Hücumçular: Adam Bodi (“Debretsen”), Balaş Cudcak (“Əl-İttihad”, Birləşmiş Ərəb Əmirlikləri), Eppel Marton (“Kayrat”, Qazaxıstan), Filip Holender (“Honved”), Dominik Nad (“Legiya”, Polşa), Kristian Nemets (“Sportinq Kanzas”, ABŞ), Adam Şalay (“Hoffenhaym”, Almaniya), Varqa Roland (“Ferentsvaroş”), Kristofer Vida (DAK, Slovakiya), Donat Şofer (“Uypeşt”).

Azərbaycan – Macarıstan qarşılaşma iyunun 8-də Bakı vaxtı ilə saat 20:00-da "Bakcell Arena"da olacaq.