AÇ-nin seçmə mərhələsi: 10 oyuna 25 qol

AVRO-2020-nin seçmə mərhələsində VI turun növbəti görüşləri keçirilib.

Sportline.az xəbər verir ki, turun ikinci oyun günündə 4 qrupda 10 matç baş tutub. Gecənin mərkəzi görüşü C qrupunda Şimali İrlandiya və Almaniya milliləri arasında olub. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Bununla da xallarını 12-yə çatdıran Bundestim britaniyalılarla xallarını bərabərləşdirib və daha üstün göstərici ilə ilk pilləyə qalxıb. 

E qrupunda lider Macarıstan ötən tur evdə Xorvatiyaya böyük hesabla uduzmuş Slovakiyanı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Dünya vitse-çempionları ilə heç-heçə sayəsində ilk xalını qazanan Azərbaycan növbəti mərhələ şansını nəzəri də olsa, saxlayıb. 

G qrupunun mərkəzi görüşü Polşa və Avstriya yığmaları arasında keçirilib. Görüş qolsuz yekunlaşıb.

Ümumilikdə 10 oyundan 3-də qapılara 4 cavabsız top vurulub. Həmin qələbələrə Hollandiya, Belçika və Kipr imza atıb. 

AVRO-2020
Seçmə mərhələ, VI tur
9 sentyabr

C qrupu

22:45. Şimali İrlandiya - Almaniya - 0:2

Qol: Marsel Halştenberq, 48. Serge Qnabri, 90+3

22:45. Estoniya - Hollandiya - 0:4

Qollar: Rayan Babel, 17; 48. Memfis Depay, 76. Jorjinyo Veynaldum, 87

Xal durumu: Almaniya - 12 xal (5 oyuna), Şimali İrlandiya - 12 (5), Hollandiya - 9 (4), Belarus - 3 (5), Estoniya - 0 (5).


E qrupu

20:00. Azərbaycan - Xorvatiya - 1:1

Qollar: Təmkin Xəlilzadə, 72 - Luka Modriç, 11 (pen.)

22:45. Macarıstan - Slovakiya - 1:2

Qollar: Dominik Soboslay, 50 - Robert Mak, 40. Robert Bojenik, 56

Xal durumu: Xorvatiya - 10 xal (5 oyuna), Slovakiya - 9 (5), Macarıstan - 9 (5), Uels - 6 (4), Azərbaycan - 1 (5).


G qrupu

22:45. Sloveniya - İsrail - 3:2

Qollar: Benjamin Verbiç, 43; 90. Roman Bezyak, 66 - Bibras Natxo, 50. Eran Zahavi, 63

22:45. Polşa - Avstriya - 0:0

22:45. Latviya - Şimali Makedoniya - 0:2

Qollar: Qoran Pandev, 14. Enis Bardi, 17 

Xal durumu: Polşa - 13 xal (6 oyuna), Sloveniya - 11 (6), Avstriya - 10 (6), Şimali Makedoniya - 8 (6), İsrail - 8 (6), Latviya - 0 (6).

I qrupu

22:45. Şotlandiya - Belçika - 0:4

Qollar: Romelu Lukaku, 9. Tomas Vermalen, 24. Tobi Alderveyreld, 32. Kevin De Bruyne, 82

22:45. San Marino - Kipr - 0:4

Qollar: Yannis Kusulos, 2; 73. Fotis Papulis, 39. Kostakis Artimatas, 75

22:45. Rusiya - Qazaxıstan - 1:0

Qol: Mario Fernandes, 89 

Xal durumu: Belçika - 18 xal (6 oyuna), Rusiya - 15 (6), Qazaxıstan - 7 (6), Kipr - 7 (6), Şotlandiya - 6 (6), San Marino - 0 (6).