Mourinyonun açılış matçı ilə bağlı proqnozu
Joze Mourinyo Dünya çempionatının açılış matçı ilə bağlı proqnozunu açıqlayıb.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted"in çalışdırıcısı, Rusiya-Səudiyyə Ərəbistanı görüşündə ev sahiblərinin imkanlarını yüksək qiymətləndirir: "Rusiyalılar dübüt matçında güclü təzyiq hiss edəcəklər. Bununla belə, görüşün favoriti məhs Rusiya komandasıdır. Səudiyyə millisinin heyətində bir neçə istedadlı futbolçu olsa da, bu komanda tamam başqa aləmin təmsilçisidir. Oyunun Rusiyanın qələbəsi ilə bitəcəyini düşünürəm".
Qeyd edək ki, Dünya çempionatı bu gün saat 19:00-da Rusiya-Səudiyyə Ərəbistanı matçı ilə start götürəcək.