Açılış üçün 78 min 11
DÇ-2018-in açılış mərasimi və ilk oyununu stadiondan izləyən azarkeş sayı açıqlanıb. SportLine.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Moskvanın "Lujniki" stadionunda təşkil olunan tədbiri 78 min 11 nəfər canlı izləyib.
Qeyd edək ki, Mundialın ilk oyununda Rusiya və Səudiyyə Ərəbistanı seçmələri üz-üzə gəlib. Görüş birincilərin qələbəsi ilə yekunlaşıb - 5:0.