AFFA 4 komandaya texniki məğlubiyyət verdi

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. SportLine.az saytı xəbər verir ki, İK yenə bir neçə komandaya texniki məğlubiyyət cəzası kəsib.

U-12 Liqasının “Şirvan” – “Mürtülü”, U-16 Qızlar Liqasının isə “Keşlə” (Bakı) – “Fidan” (Bakı) görüşündə meydana çıxmayan ikincilər 0:3 hesablı texniki məğlubiyyətlə barışmalı olublar.

Həmçinin futzal üzrə Birinci Liqanın “Baku Fire” – “Şərq” qarşılaşmasında “Şərq” meydana çıxmayıb. Futzal üzrə İkinci Liqanın “Bədr FK Xocalı” – “Avanqart” oyununda isə “Bədr FK Xocalı” iştirak etməyib. Bu səbəbdən hər iki komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib.