AFFA bir komandanı çempionatdan kənarlaşdırdı
AFFA 16 yaşadək Qızlar Liqasınında çıxış edən "Veqa" komandası Azərbaycan çempionatından kənarlaşdırıb.
Sportline.az xəbər verir ki, səbəb komandanın 3-cü dəfə çempionat oyununda iştirak etməməsidir.
"Veqa" çempionatın son iki oyununda "Əhmədli Yunayted" və "Təhsil" FM ilə qarşılaşmaya gəlməyib. Eyni hal daha əvvəl də təkrarlanıb. Nəticədə 0:3 hesablı texniki məğlubiyyət 3 dəfə təkrarlanıb.