Premyer Liqa üçün lisenziya alan klublar müəyyənləşdi

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. 

SportLine.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasda 2018-2019-cu il mövsümündə UEFA-nın klub turnirlərində və Premyer Liqada iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2017) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

"Qarabağ", "Qəbələ", "Neftci", "Sumqayıt”, "Zirə”

2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı kluba lisenziya verilməsin:

"Kəpəz”

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

"Keşlə”, "Kəpəz”, "Sabah”, "Səbail”

4. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

"Binə”, "Xəzər”, "Mil-Muğan”, MOİK, "Turan Tovuz”, "Qaradağ-Lökbatan”, "Şüvəlan", "Zaqatala”.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.