AFFA-dan 3 oyunluq cəza

AFFA İntizam Komitəsi I Divizionda XXII turun 3 oyunu ilə bağlı cəza tədbirləri görüb.

SportLine.az xəbər verir ki, "Şüvəlan”la matçın 66-cı dəqiqəsində "Sabah”ın futbolçusu Əziz Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.

MOİK-lə görüşün 90+4-cü dəqiqəsində "Xəzər”in futbolçusu Tanrıverdi Məhərrəmli təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalanıb, klub 160 manat cəriməyə məruz qalıb. 

"Qaradağ Lökbatan”la qarşılaşmada "Mil-Muğan”ın 4 futbolçusu sarı vərəqə alıb. Bununla əlaqədar İmişli klubu 80 manat cərimə olunub.