AFFA-dan "Keşlə" - "Qəbələ" matçı ilə bağlı qərar

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportline.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 9-cu  turunda baş verənlər müzakirə olunub.

İntizam Komitəsi yalnız “Keşlə” – “Qəbələ” matçı ilə bağlı cəza verib. Sözügedən görüş “Keşlə” klubuna görə 2 dəqiqə gec başladığı üçün klub 800 manat cərimə olunub.

Xatırladaq ki, "Keşlə" - "Qəbələ" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.