AFFA-dan klublara cərimə

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportline.az Peşəkar Futbol Lqiasının saytına istinadən xəbər verir ki, İK Topaz Premyer Liqanın 22-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

“Zirə” – “Səbail” matçında  “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Təcili tibbi yardımın nümayəndəsi oyunöncəsi iclasda iştirak etmədiyinə görə meydan sahibi klub 800 manat cərimə olunub.

“Qəbələ” – “Sabah” matçının 90+1-ci dəqiqəsində “Sabah” klubunun futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Sumqayıt” – “Qarabağ” matçının 84-cü dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydana yad əşyalar atıldığına görə klub 1600 manat cərimə olunub.