AFFA-dan "Qarabağ"a cəza

AFFA İntizam Komitəsi "Qarabağ" və "Zirə" klubunu 800 manat məbləğində cərimələyib. 

Sportline.az xəbər verir ki, buna hər iki komandanın bəzi üzvlərinin Premyer Liqanın IV tur matçında “A” buraxılışından istifadə etməməsidir. "Qarabağ" "Neftçi" ilə görüşdə, "Zirə" isə "Sumqayıt"la matça görə cəzaya məruz qalıb. 

Qurum "Sabah" və "Qəbələ"yə də 800 manat cərimə kəsib. Bu komandalar arasındakı IV tur matçında hər iki kollektivin 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb. "Səbail" də eyni məbləğdə cərimə olunub. Qəsəbə təmsilçisinin 4 futbolçusu "Keşlə" ilə görüşdə sarı vərəqə alıb. 

Qeyd edək ki, IV turda "Qarabağ" "Neftçi"ni (2:0), "Səbail" "Keşlə"ni (2:1), "Qəbələ" "Sabah"ı (1:0), "Zirə" isə "Sumqayıt"ı (2:1) məğlub edib. 

Xatırladaq ki, "Qarabağ" I turda "Keşlə"ni məğlub etdiyi (1:0) matçda da eyni cəza ilə üzləşib.