AFFA-dan "Qarabağ"la bağlı açıqlama

AFFA-nın baş katibi Elxan Məmmədov "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarının Bakı Olimpiya Stadionunda keçirilməsinə dair qərarını şərh edib.

Sportline.az xəbər verir ki, o, qurumun İcraiyyə Komitəsinin iclasından sonra təşkil olunan brifinqdə məsələ ilə bağlı danışıb: "Təbii ki, seçim klubundur. Bizə isə belə bir məsələnin olduğunu bildiriblər".

Eyni zamanda baş katib AFFA ilə məsləhətləşmələrin də aparıldığını və bu məsələyə müsbət cavab verdiklərini deyib: "Qərar klubla stadion arasındakı müzakirələrdən sonra qəbul olunub. Təbii ki, hər bir komanda qrup mərhələsinin oyunlarını ən yaxşı stadionda oynamaq istəyir".