AFFA-dan Türkiyə - Azərbaycan matçı ilə bağlı rəsmi açıqlama

Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsiylə bağlı AFFA və Türkiyə Futbol Federasiyası (TFF) arasında danışıqlar aparılır.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın 2020-ci ilin may ayında Türkiyədə keçirilməsi nəzərdə tutulur.

Türkiyə millisinin baş məşqçisi Şenol Günəş yerli mətbuata açıqlamasında 2020-ci il, mayın 26-da Azərbaycan yığmasıyla Antalyada yoxlama oyunu keçirəcəklərini deyib.