AFFA-dan UEFA-ya etiraz

AFFA rəhbərliyi Lüksemburqda "Düdelanj" və "Qarabağ" arasındakı Avropa Liqasının II tur matçında baş vermiş erməni təxribatına reaksiya verib.

Sportline.az milli assosiasiyanın "Facebook" səhifəsinə istinadən verir ki, milli assosiasiya rəsmiləri dərhal UEFA ilə əlaqə saxlayaraq, narazılığını bildirib. Bu gün Avropa futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.

Qeyd edək ki, matçın 30-cu dəqiqəsində "Qarabağ" 2-ci qolunu vurduqdan sonra "Jozi Bartel" stadionu üzərində dronla Azərbaycanın işğal altında olan Qarabağ ərazisində qurulan separatçı rejimin "bayrağ"ı sallanıb. Azərbaycan komandası və azarkeşlər buna kəskin etiraz ediblər. Matçda fasilə yaranıb. Lüksemburqun idman naziri üzrxahlığını çatdırdıqdan sonra görüş davam etdirilib. Matç "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.