AFFA danışılmış oyunlarla bağlı elektron poçt ünvanı yaradıb

AFFA danışılmış oyunlarla bağlı xüsusi elektron poçt ünvanı istifadəyə verib.
 
SportLine.az xəbər verir ki, bu barədə qurumun baş katibi Elxan Məmmədov XXV Hesabat Konfransında bildirib:
 
"Bu gündən etibarən elektron poçt ünvanı istifadəyə verilir. Şübhəli məqamlar varsa, yazın. Bu cür məlumatları bildirmirsinizsə, onda siz də buişin iştirakçısı olursunuz”.