AFFA Hakimlər Komitəsinin sədrinə təyinat

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik UEFA Avropa Liqasının I təsnifat mərhələsinin iki oyununa təyinat alıb.

Sportline.az xəbər verir ki, o, iyulun 11-də Şotlandiyanın Aberdin şəhərindəki “Pittodrie” stadionunda keçiriləcək “Aberdin” (Şotlandiya) – “Rovanyemi” (Finlandiya) qarşılaşmasının hakim-inspektoru olacaq.

Ştuxlik iyulun 18-də Polşanın Krakov şəhərindəki “Krakov” stadionunda keçiriləcək “Krakovya” (Polşa) – “Dunajska Streda” (Slovakiya) matçında da eyni funksiyanı yerinə yetirəcək.