AFFA Hesabat Konfransının gündəliyini açıqladı

AFFA-nın növbəti Hesabat Konfransının vaxtı, yeri və gündəliyi müəyyənləşib.

SportLine.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclas martın 4-də "Hilton" otelində keçiriləcək. Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

- Prezident tərəfindən salamlama

- Yığıncağın tərkibinin yoxlanılması

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması

- Maliyyə hesabatının təsdiq olunması

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq

- Növbəti ilin büdcəsinin təsdiq olunması

- Hər hansı vakant vəzifəyə seçkilər

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması

- Digər məsələlər

Girişi dəvətnamə ilə olacaq Konfransdan sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək.