AFFA İcraiyyə Komitəsinin iclası keçirilir
AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclası start götürüb.
Sportline.az xəbər verir ki, tədbir milli assosiasiyanın inzibati binasında keçirilir.
İclasda İK üzvlərindən Zaur Axundov, Mahir Məmmədov və Elmar Məmmədyarov hələlik iştirak etmir. Toplantıya eyni zamanda AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və digər rəsmi şəxslər qatılıblar.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionatla bağlı Klublar Komitəsinin 1 may tarixli iclasında klubların irəli sürdüyü təkliflərin müzakirəsi;
2. Azərbaycan Premyer Liqasında gənc futbolçularla bağlı limit;
3. Lisenziyalaşdırma prosesi ilə bağlı məlumat;
4. Digər məsələlər.