AFFA İcraiyyə Komitəsinin iclası keçirilir

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilir.

Sportline.az xəbər verir ki, assosiasiyanın inzibati binasında təşkil olunan tədbir saat 10:00-da başlayıb.

İclasda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin AÇ-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı, “Qəbələ” Futbol Klubunun çətin durumu, AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi və digər məsələlər müzakirə olunacaq. Qapalı şəraitdə keçəcək iclasdan sonra brifinq təşkil edilməyəcək.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

1. Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105x68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat

2. Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə

3. Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin AVRO-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı

4. Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat

5. “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi

6. AVRO-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat

7. AFFA-nın Fair Play mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması

8. “Azərbaycan Futbolunun Etik Kodeks”inin hazırlanmasının müzakirəsi

9. AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi

10. “Elit Məşq” kitabı ilə bağlı məlumat

11. AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması

12. “Qəbələ” Futbol Klubu ilə bağlı müzakirə