AFFA İcraiyyə Komitəsinin qərarları açıqlandı
AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunan qərarlar açıqlanıb.
Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, toplantıda Topaz Premyer Liqası klublarının əvəzedici komandaları arasında keçirilən çempionatın davam etdirilməsi, 2018/2019-cu il mövsümündən etibarən əvəzedici komandanın oyununun əsas komandanınkından 1 gün əvvəl keçirilməsi qərara alınıb.
Premyer Liqada gənc futbolçularla bağlı limit də tətbiq olunub. 1996-1997-ci il təvəllüdlü futbolçu start heyətinə, 1998-99-cu il təvəllüdlü futbolçu oyunun protokoluna daxil olunub.
Birinci Divizionla bağlı isə AFFA-nın baş katibliyi İcraiyyə Komitəsinə yeni konsepsiya təqdim etməlidir.
İclasda, həmçinin Azərbaycan milli komandası barədə baş məşqçi Qurban Qurbanovun qısa hesabatı dinlənilib, lisenziyalaşdırma prosesi ilə bağlı hesabat təqdim olunub.