AFFA iki futbolçunu millidən qovdu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimizin iki futbolçusu heyətdən kənarlaşdırılıb.
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, bunlar “Neftçi”dən Elnur Hüseynov “Zaqatala”dan Vüsal Şabanovdur. Hər iki qapıçı nizam-intizam qaydalarını pozduqlarına görə, daha dəqiqi siqaret çəkdikləri üçün komandadan uzaqlaşdırılıblar.
Hər iki futbolçunun intizamsız davranışı barədə məxsus olduqları klublara AFFA məlumat göndərib.