AFFA ilə Yurçeviç arasında fikir ayrılığı
Millinin baş məşqçisi Nikola Yurçeviçlə AFFA rəsmiləri arasında növbəti dəfə fikir ayrılığı yaranıb.
Sportline.az xəbər verir ki, bu, Mirabdulla Abbasovun üstündə baş verib.
Belə ki, xorvatiyalı mütəxəssis "Səbail"in hücumçusunu yığmanın qarşıdakı rəsmi oyunlarına dəvət etmək fikrində olsa da, federasiyadan bununla razılaşmır.
Buna əsas kimi Mirabdullanın yayda qalmaqallı şəkildə "Neftçi"dən ayrılaraq "Səbail"ə keçməsini göstəriblər. İddia ediblər ki, o, Premyer Liqanın ilk 5 həftəsində 3 qol vursa da, hələ istənilən formanı yığmayıb və millini gücləndirəcək səviyyədə deyil.
Yurçeviç isə bununla razılaşmır. Baş məşqçini narahat edən həm də Ramil Şeydayevin "Dinamo"nun əsas heyətində yerini və oyun praktikasını itirməsidir.
Moskva klubunun son 6 matçında az şans qazanan forvarddan indi Yurçeviçdən çox şey gözləmir. Bu üzdən Mirabdullanı ikinci hücumçu kimi yığmaya dəvət etməyi planlaşdırır. Təbii, federasiyadan imkan versələr. (sportinfo.az)