AFFA İlqar Qurbanovun cəzasını açıqladı

İntizam Komitəsinin növbəti iclası keçirilib. SportLine.az qəbul olunan qərarları diqqətinizə çatdırır:

28 may 2018-ci il, 2017/2018 mövsümündə XXVI Azərbaycan Kubokunun Final matçı olan "Keşlə” – "Qəbələ” oyununda "Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).

Oyunun 88-ci dəqiqəsində "Qəbələ” klubunun 18 №-li futbolçusu İlqar Qurbanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 38.1).

Oyunun 55-ci dəqiqəsində "Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).

Oyunun90+3-cü dəqiqəsində "Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).