AFFA İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının 28-ci turunda baş verən hadisələr müzakirə olunub.

Sportline.az xəbər verir ki, “Səbail” – “Keşlə” matçında  meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 51-ci dəqiqəsində qonaq komandanın futbolçusu Edvinas Girdvainis ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
 
“Sumqayıt” – “Qəbələ” matçında qonaq komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Neftçi” – “Qarabağ” matçında  qonaq komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.