AFFA lisenziyaları təqdim etdi

AFFA 2018-2019-cu il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirib.

SportLine.az-ın AFFA-nın saytına istinadən verdiyi məluata görə, tədbir AFFA-nın inzibati binasında baş tutub. Lisenziyalaşdırma Qrupunun əməkdaşları tərəfindən iştirakçılara mövsümün yekunları ilə bağlı məlumat və statistik göstəricilər haqqında məlumat verilib.

Tədbirin sonunda növbəti mövsümdə Azərbaycan Premyer Liqasında iştirak edəcək klublar müvafiq lisenziyalarla təltif olunub.