AFFA baş məşqçini 15 oyunluq cəzalandırdı

AFFA İntizam Komitəsi "Ağsu" klubunun U-14 komandasının baş məşqçisi Sönməz Quliyevə ağır cəza verib. 

"Report"un məlumatına görə, buna səbəb mütəxəssisin AFFA-nın Mərkəz region üzrə nümayəndəsinə qarşı təhqiredici ifadələr işlətməsi və fiziki güc tətbiq etməyə cəhd göstərməsidir. 

Quliyev bunlara görə 15 oyunluq cəzalandırılıb.