AFFA-nın baş katibi Romaya yollanıb
Bu gün İtaliyanın paytaxtı Romada UEFA-nın 43-cü Konqresi keçiriləcək.
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov və baş katibin müavini Sərxan Hacıyev Konqresdə iştirak edəcək.
Qeyd edək ki, toplantıda həm də UEFA-ya prezident seçkisi keçiriləcək. Yeganə namizəd hazırkı prezident Aleksandr Çeferindir.