AFFA-nın Region Liqası ilə bağlı yeni qərarı

AFFA-nın təşkil etdiyi Region Liqasında finalçılar və üçüncü yerin sahibi müəyyənləşib. 

Sportline.az xəbər verir ki, İntizam Komitəsinin “Füzuli” – “FC Baku” oyunu ilə bağlı çıxardığı qərara əsasən, Region Liqasının İşçi Qrupu “Şahdağ” komandasının birbaşa final matçına yüksəlməsi barədə qərar qəbul edib.

"Şahdağ" həlledici görüşdə Sumqayıtın "Uğur" kollektivi ilə qarşılaşacaq. Eyni zamanda digər yarımfinal görüşündə “Uğur”a məğlub olan “Araz-Naxçıvan” birbaşa olaraq Region Liqasında 3-cü yeri tutub. 

Qeyd edək ki, AFFA İntizam Komitəsi yarımfinal mərhələsindəki “Füzuli” – “FC Baku” oyununu ləğv edib və hər iki kollektivi mövsümün sonuna kimi turnirdən uzaqlaşdırıb.